• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Bu ölkədə səkkiz koronavirus peyvəndi hazırlandı

Bu ölkədə səkkiz koronavirus peyvəndi hazırlandı
28.05.2020 17:59
Çində səkkiz koronavirus peyvəndi hazırlanıb.

TASS xəbər verir ki, artıq peyvəndlərin bir neçəsi heyvanlar üzərində tətbiq edilərək nəticə verib.

Bu barədə Çinin Tibb Elmləri Akademiyasının Laboratoriya Heyvanları Tədqiqatı İnstitutunun elmi tədqiqatçısı Çin Çuan brifinqdə bildirib.

"Hazırda Tibb Elmləri Akademiyası səkkiz peyvəndin effektiv təsirini qiymətləndirir. Onların bəzilərinin effektivliyini qiymətləndirmək üzərində işlər artıq uğurla başa çatıb. Testlər geni modifikasiya olunmuş siçan və makakada aparılır. Hazırda dərman istifadəsinin mümkün yan təsirlərinin və təhlükəsizliyinin qiymətləndirilməsi aparılır”, - deyə o bildirib. 

Ç.Çuanın sözlərinə görə, heyvanlar üzərində testlərin köməyi ilə alimlər pnevmoniyaya qarşı ən təsirli dərmanları təyin etməklə yanaşı, koronavirusun başqasına yoluxmasının əsas vasitələrini də müəyyənləşdirirlər.

Brifinqdə Çinin Təhsil Nazirliyinin Elm və Texnologiya Departamentinin direktoru Lei Çaoçzi isə qısa müddətdə ölkənin ali təhsil müəssisələri tərəfindən hazırlanmış peyvəndlərin klinik sınaqlarına başlanılacağını qeyd edib. 

Sınaqların başlayacağı tarix isə açıqlanmayıb.

Xatırladaq ki, fevralın 21-də Çin Elm və Texnologiya nazirinin müavini Syu Nanpin ölkədə aprel ayının sonundan tez olmayaraq koronavirus peyvəndinin klinik sınaqlarına başlanılacağını deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anqolada etirazlarda ölənlərin sayı 22-ə çatıb
Dünya 12:24
Anqolada etirazlarda ölənlərin sayı 22-ə çatıb
Avstraliya “YouTube” 16 yaşdan aşağı uşaqlar üçün qadağa olunacaq
Dünya 10:39
Avstraliya “YouTube” 16 yaşdan aşağı uşaqlar üçün qadağa olunacaq
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Siyasət 10:04
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
İran su böhranı ilə üz-üzə, ekspertlər İsrailin təcrübəsini çıxış yolu kimi göstərir
Dünya 09:49
İran su böhranı ilə üz-üzə, ekspertlər İsrailin təcrübəsini çıxış yolu kimi göstərir
ABŞ və Türkiyə S-400 məsələsinin həllinə yaxınlaşır — səfir
Dünya 09:29
ABŞ və Türkiyə S-400 məsələsinin həllinə yaxınlaşır — səfir
15 ölkə Fələstin üçün birgə çağırış etdi
Dünya 22:48
15 ölkə Fələstin üçün birgə çağırış etdi
Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub
Dünya 22:16
Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub
Tehranda neft anbarında yanğın oldu
Dünya 18:22
Tehranda neft anbarında yanğın oldu
İtaliyada Qərbi Nil qızdırması diaqnozu qoyulmuş səkkizinci xəstə ölüb
Dünya 17:45
İtaliyada Qərbi Nil qızdırması diaqnozu qoyulmuş səkkizinci xəstə ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol