Ermənistanın yeni milyardlıq borcu

Ermənistanın başının üstünü 1,5 milyarddan çox iddia ilə bağlı təhlükə alıb. Bu barədə "GPartners" hüquq şirkətinin nümayəndəsi Sarkis Qriqoryan öz məqaləsində yazıb.
"Bu gün Ermənistana qarşı müxtəlif xarici investorlardan - ABŞ, Böyük Britaniya, Livan, BƏƏ və digər investorlardan 1,5 milyard dollardan artıq məbləğdə tələblər irəli sürülüb. Bu iri investorlar iqtisadiyyatın müxtəlif qollarına - tikinti, infrastrukturun inkişafı, faydalı qazıntıların çıxarılması, tullantıların yığılması və sair sahələrə cəlb ediliblər. Aşağıdakı xarici investorlar və onlarla əlaqəli investorlar artıq zərərin ödənilməsilə bağlı Ermənistana qarşı tələblərini irəli sürüblər:
Rasia FZE,
SanitekS.a.r.l.,
Lydian International Limited,
Corsan-CorviamConstruccion S.A. (Şimal-Cənub proeramı).
İlk iki investisiya iddiasına investisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz (ICSID, Vaşinqton) tərəfindən baxılır və arbitraj tribunalları yəqin ki, bu ilin sonuna qədər müvafiq qərarlar qəbul edəcəklər. Əgər hökumət uduzsa, Ermənistan dərhal arbitrajın hökmünü icra etməyə borcludur ki, bu da onun xarici borcunu daha 170 milyon dollar artıracaq", - ekspert yazır.
Ermənistan hökumətinin əlverişli investisiya mühiti yaratmaq və ya ölkənin müharibədən sonrakı iqtisadiyyatının inkişafı üçün xarici investisiyaları cəlb etməyə şərait yaradacaq investisiya siyasəti aparmaq üçün kifayət qədər imkanı yoxdur. Bundan əlavə, hökumətin fəaliyyəti (və ya fəaliyyətsizliyi) nəticəsində 2018-ci ildən bəzi iri xarici investorlar, ümumiyyətlə, öz proqramlarından imtina ediblər, digərləri isə Ermənistana qarşı beynəlxalq iddialar qaldırıblar. Ermənistanda investisiya sahəsində dövlət siyasəti yoxdur - 2018 - ci ildən hökumət "bağlı qapılar" siyasətini əldə rəhbər tutur ki, bu da dağıdıcı nəticələrə səbəb olur, - ekspert qeyd edir.
Hazırda Ermənistanın dövlət borcu 2020-ci ilin avqustuna olan məlumata görə, 8 milyard dollara yaxınlaşıb ki, bu da respublikanın tarixində ən yüksək göstəricidir.
31 iyul 2020-ci il tarixinə olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 7,94 milyard dollar (2019-cu il ümumi daxili məhsulun 58,1 faizi) təşkil edib. Mütləq ifadədə bu, Ermənistan Respublikasının tarixi ərzində ən yüksək göstəricidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 