Ukraynada silahlı dəstənin başçısı olan erməni saxlanıldı
Ukrayna polisi restoranda silahlı atışmada iştirak edən cinayətkar dəstənin başçısı olan ermənini saxlayıb.
"Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Dnepropetrovsk vilayətində baş verib.
Polislər 20-35 yaş arası doqquz kişinin hamısını saxlayıb və dərhal axtarış aparıblar. Onların üzərindən yeddi tapança aşkar edilib.
Dəstənin bir üzvü polis tərəfindən vurulub.
Araşdırma zamanı məlum olub ki, dəstənin təşkilatçısı Ukraynada qanunsuz yaşayan 35 yaşlı ermənidir.
Faktla bağlı araşdırma aparılır. Saxlanılanların günahı sübuta yetirilərsə, onlar 15 ilə qədər həbs oluna bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız