• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ukraynada surroqat uşaqlar zirzəmidə saxlanılır - FOTOLAR

Ukraynada surroqat uşaqlar zirzəmidə saxlanılır  - FOTOLAR
17.03.2022 18:45
Daşıyıcı (surroqat) anadan doğulan 20-yə yaxın körpə Kiyevdəki klinika sığınacağında bioloji ailələrini gözləyir, bu barədə Türkiyənin Anadolu Agentliyinin Ukrayna müxbiri bildirib.

Körpələrə qulluq edən tibbi personala nəzarət edən Sivlatan Sitatuk  Rusiyanın müharibə elan etməsini gözləmədiklərini söyləyib.

"Burada müharibə başlayanda  heç bir şey götürmədən uşaqlarla birgə xəstəxananın zirzəmisinə endik. O gündən biz də müharibə əsirləriyik. Bu uşaqlar valideynlərinin gəlməsini gözləyirlər. Onların isti ailəyə, valideynlərdən gələn sevgi və məhəbbətə ehtiyacı var. Təbii ki, biz onlara bu sevgi və məhəbbəti veririk. Amma bu bəs etmir. Biz istəyirik ki, müharibə bitsin, bu uşaqlar tezliklə valideynləri ilə görüşə bilsinlər. Biz uşaqlarımızın müharibədə ölməsini istəmirik”,  - səhiyyə işçisi deyib.
 
Sitatuk bildirib ki, müharibənin davam etməsinə baxmayaraq övladlarını götürməyə gələnlər də var. Belə cütlüklərdən olan, kimliklərinin açıqlanmasını istəməyən Argentinadan olan  ailə  Ukraynada surroqat ana vasitəsilə uşaq dünyaya gətirmək üçün lazımi prosedurlara təxminən 1,5 il əvvəl  başladıqlarını bildirib.
 
"Surroqat anadan olan körpəmiz təxminən 1 həftə sonra dünyaya gələcək. Müharibə olmasına baxmayaraq, Argentinadan körpəmizi götürüb evə aparmaq üçün bura gəldik. Buradakı körpələr valideynlərini istəyir. Elə onların bioloji valideynləri də tezliklə körpələrinə qovuşmaq həsrətindədir. Bilirəm ki, o valideynlər bu dəqiqə burada olmaq istəyirlər. Lakin sərhədi keçmək, Ukraynaya  sağ gələ bilmək hazırda çətindir. Gələ bildiyimiz üçün çox şadıq”, -  Argentina vətəndaşları bildirdi.
 
Surroqat analıq – qadının ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır. Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır. Surroqat ana deyəndə öz uşaqlığında donor embrionu daşıyan somatik və psixi cəhətdən sağlam, müvafiq tibbi genetik müayinə nəticəsində bu xidmətə əks göstərişləri olmayan, yaşı 18-dən 35-dək olan qadın nəzərdə tutulur. Tibdə bu imkanın yaradılması isə təsadüfən olmayıb. Çünki çoxlu sayda ginekoloji xəstəliklər var ki, qadının ana olmasına, hamiləlik keçirməsinə imkan vermir və ya hamiləliyə tibbi əks-göstəriş sayılır.  
 
Dünyada ilk dəfə daşıyıcı ana (surroqat ana) 1980-ci ildə 37 yaşlı amerikalı Elizabet Keyn olmuşdur. Sonralar isə bu proqram qanunla da tənzimlənərək bir çox ştatda reallaşdırıldı. Avstriya, Böyük Britaniya, İspaniya, Kanada, Niderlandda surroqat analıq, sadəcə, təmənnasız reallaşdırıla bilər. Yəni qadın daşıyıcı ana olmağa könüllü olmalı və əvəzində heç bir şey tələb etməməlidir. Amma Rusiya, Gürcüstan və Ukraynada isə onun həm kommersiya, həm də qeyri-kommersiya məqsədi ilə istifadəsinə yol verilmir. 1990-ci illərin sonundan Avropa ölkələrində Daşıyıcı Analıq Proqramı tətbiq edilməyə başlamışdır. Bir çox ictimai şəxslər – Alla Pugacova, Filip Kirkorov, Nikol Kidman, Riki Martin, Kristiano Ronaldo bu proqramdan istifadə edib.  
 
Ləman Qasımova 
 















 
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynada surroqat uşaqlar zirzəmidə saxlanılır  - FOTOLAR
Dünya 18:45
Ukraynada surroqat uşaqlar zirzəmidə saxlanılır - FOTOLAR
Müharibədə ölən ukraynalıları xəndəklərdə basdırırlar  - FOTOLAR/VIDEO
Dünya 17:57
Müharibədə ölən ukraynalıları xəndəklərdə basdırırlar - FOTOLAR/VIDEO
Mariupolda atəşə tutulmuş doğum evindən FOTOLAR
Dünya 22:15
Mariupolda atəşə tutulmuş doğum evindən FOTOLAR
Rusiya hərbçiləri Xarkovu  dağıdıb - FOTOLAR
Dünya 15:43
Rusiya hərbçiləri Xarkovu dağıdıb - FOTOLAR
 Avropa şəhərlərində Ukraynaya dəstək  aksiyaları - FOTOLAR
Dünya 19:50
Avropa şəhərlərində Ukraynaya dəstək aksiyaları - FOTOLAR
Rusiyada azərbaycanlı ailəni işgəncələrə məruz qoydular - FOTO+VİDEO
Dünya 04:16
Rusiyada azərbaycanlı ailəni işgəncələrə məruz qoydular - FOTO+VİDEO
Kemerovo faciəsinin qurbanları - FOTO
Dünya 03:55
Kemerovo faciəsinin qurbanları - FOTO
İstanbul  48 saatlıq qadağa qərarından sonra - FOTOLAR
Dünya 22:59
İstanbul 48 saatlıq qadağa qərarından sonra - FOTOLAR
Kardaşyanın Ağ Evdəki pozları etiraza səbəb oldu - FOTOLAR
Dünya 00:28
Kardaşyanın Ağ Evdəki pozları etiraza səbəb oldu - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol