Kramatorskda ölənlərin sayı artıb - VİDEO
![Kramatorskda ölənlərin sayı artıb - VİDEO Kramatorskda ölənlərin sayı artıb - VİDEO](https://anews.az/photo/850x500/2022-04/1649428876_train-stan.png)
Kramatorskda dəmiryol vağzalına raket hücumu nəticəsində ölənlərin sayı 50-ə çatıb.Bunu Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
Öz telegram kanalında 5-i uşaq olmaqla 50 nəfərin öldüyünü bildirən Kirilenko, yaralananlardan 12-nin xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyini yazıb.
"Rusiya işğalçı qüvvələrinin Kramatorsk dəmir yolu stansiyasına "Toçka-U” ballistik raketi atması nəticəsində çoxlu zərərçəkən var. Hazırda 98 nəfər xəstəxanalara çatdırılıb. Digər zərərçəkənlərə bir-iki gün ərzində tibbi yardım ediləcəyini gözləyirik. Bu səbəbdən ölənlərin sayı dəyişə bilər", - Kirilenko bildirib.
Kirilenkonun sözlərinə görə, tibb müəssisələrinə çatdırılan 98 yaralıdan 16-ı uşaq, 46-ı qadın və 36-ı kişidir.
Hadisə yerindən video materialı diqqətinizə təqdim edirik:
N.Təbrizli
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)