• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Ukraynada 243 uşaq həlak olub - Müharibədə son durum

Ukraynada 243 uşaq həlak olub - Müharibədə son durum
31.05.2022 09:46
Ukraynada müharibə başlayandan indiyə kimi 243 uşa ölüb, 444 azyaşlının yaralanıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. 

Donetsk, Kiyev, Çerniqov, Luqansk, Xerson və Nikolayevdə  itkilər daha çox müşahidə olunur. 

Baş prokurorluğun rəqəmlərin yekun göstəricilər olmadığını, aktiv döyüşlərin getdiyi ərazilərdə məlumatların dəqiqləşdirildiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında görə, mayın 30-da Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın "X-22” qanadlı raketini vurub.

"Ukrayna Hərbi Hava Qüvvələri Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirib. Ukrayna müdafiəçiləri qarşı tərəfin Donetsk və Luqansk istiqamətində 8 hücumunun qarşısını alaraq 1 tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini məhv edib. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə bölməsi rəqibin "X-59MK” qanadlı raketini məhv edib", - qurumdan bildirilib.

Ötən sutkada Avropa Şurası Ukraynaya cari likvidlik ehtiyaclarını ödəməkdə yardımı davam etdirmək qərarına gəlib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib ki, "Böyük yeddilik” qrupundakı tərəfdaşları Ukraynaya 9 milyard avro maliyyə yardımı etmək niyyətindədirlər.

Mayın 30-da Fransanın avropa və xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ukraynaya "Sezar” özüyeriyən haubitsaların daha bir partiyasını təhvil verəcəyini bildirib.Nazir bildirib ki, Fransa Rusiya ilə müharibə etməsə də, müdafiə sahəsində Ukraynaya kömək edir.

"Bununla bağlı biz uzun müddətdir ki, Ukrayna hakimiyyəti ilə əlaqə saxlayırıq, biz daim Ukrayna tərəfinin nəyə ehtiyacı olduğunu və bu sorğulara cavab vermək üçün hansı imkanlara malik olduğumuzdan xəbərdarıq”, - Kolonna bildirib.
 
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. 

Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.

Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.
 
Rusiya ordusunun Ukrayna ərazisindəki davranışları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmənin baş prokuroru Kərim Xan bildirib ki, o, mümkün hərbi cinayətləri araşdırmaq üçün 42 müstəntiq, səhiyyə ekspertləri və digər mütəxəssislərdən ibarət qrup göndərib. 


Ləman Qasımova

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol