• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Türkiyədə yenidən meşə yanğını başladı - Hadisə yerindən görüntülər

Türkiyədə yenidən meşə yanğını başladı - Hadisə yerindən görüntülər
22.06.2022 11:43
İyunun 21-i axşam saatlarında Türkiyənin Marmaris şəhərində geniş miqyasda meşə yanğını başlayıb. Bu barədə Türkiyə KİV məlumat yayıb.
 
Dünən axşamdan etibarən yanğınla mübarizə davam edir.
 
Yanğının söndürülməsinə təqribən 1600 nəfər, eləcə də 20 helikopter, 39 texnika və 14 təyyarə cəlb olunub. Yanğın baş verən əraziyə gələn sakinlər də yanğının söndürülməsinə köməklik göstərirlər.
 
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və daxili işlər naziri Süleyman Soylu helikopterlə yanğın bölgəsinə baxış keçiriblər.

Bununla yanaşı, alovların yaşayış yerlərinə yaxınlaşması səbəbindən 30 evin sakinləri təxliyə edilib.
 

 
Hər il yay aylarında Türkiyənin Aralıq dənizi və Ege regionlarında meşə yanğınları yaranır. Lakin 2021-ci ilin may ayı son 50 ilin ən istisi may idi və ölkə daxilində Türkiyədəki iqlim dəyişikliyindən qaynaqlandığı ehtimal edilən quraqlıq yaranmışdır.Bunun ardınca iyunun ortalarına qədər 1°C-dən aşağı olan müsbət temperatur anomaliyaları və bol yağıntı müşahidə edilsə də, bu, 26–27 iyun tarixlərində Kaş, Tarsus və Marmarisdə baş verən yanğınlara mane olmadı. İyulun ikinci yarısında daha güclü istilər müşahidə edilmiş, bəzi bölgələrdə 12° C -ə qədər müsbət temperatur anomaliyası yaranmış və mövsümi gündüz istiliyinin 27 °C (81 °F) civarında olduğu İstanbulun şimalında temperatur 36 °C (97 °F) olaraq qeyd edilmişdir.[21][22][23] Bundan başqa Türkiyənin cənub-şərqindəki Cizrə şəhərində havanın temperaturu 49 °C (120° F) civarında qeydə alınmışdır ki, bu da ölkə miqyasında son 60 il üçün ən yüksək temperaturdur. 

Ötən il  iyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın çıxıb. Ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.

Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əfqanıstanda zəlzələdə  ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB
Dünya 16:26
Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB
Türkiyədə yenidən meşə yanğını başladı - Hadisə yerindən görüntülər
Dünya 11:43
Türkiyədə yenidən meşə yanğını başladı - Hadisə yerindən görüntülər
İranda ərzaq qiymətlərinin bahalaşmasına görə  ETİRAZ
Dünya 17:02
İranda ərzaq qiymətlərinin bahalaşmasına görə ETİRAZ
Kramatorskda  ölənlərin sayı artıb - VİDEO
Dünya 18:45
Kramatorskda ölənlərin sayı artıb - VİDEO
Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər -  VİDEO
Dünya 18:43
Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər - VİDEO
Ukraynada azərbaycanlılar dəfn edilərkən himn səsləndirildi - VİDEO
Dünya 10:55
Ukraynada azərbaycanlılar dəfn edilərkən himn səsləndirildi - VİDEO
Oğlunu öz əlləri ilə basdıran ananın HEKAYƏSİ - VİDEO
Dünya 19:30
Oğlunu öz əlləri ilə basdıran ananın HEKAYƏSİ - VİDEO
Ukraynada döyüş meydanından yeni VİDEOlar
Dünya 14:36
Ukraynada döyüş meydanından yeni VİDEOlar
Mariupolda yerli əhali  ticarət mərkəzini qarət edir - VİDEO
Dünya 12:05
Mariupolda yerli əhali ticarət mərkəzini qarət edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol