“Qazprom” Siemens-dən “SP-1” üçün turbinlə bağlı sənədlər almadığını bildirib
"Qazprom” "Siemens”dən Kanada və Aİ-nin sanksiyaları çərçivəsində "Portovaya CS” üçün qaz turbin mühərriki tədarük etməyə icazə verən hər hansı rəsmi sənəd almayıb.
Rusiya enerji şirkəti növbəti dəfə Siemens-dən belə sənədləri təqdim etməyi tələb edib.
"Qazprom” bir daha diqqəti ona yönəltdi ki, əvvəllər sanksiya məhdudiyyətləri şəraitində təmirə göndərilmiş mühərrikin zəmanətli qaytarılması və Portovaya CS üçün digər mühərriklərin sonradan əsaslı təmiri "Şimal axını” qaz kəmərinin təhlükəsiz istismarına birbaşa təsir göstərir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, "Qazprom” "Şimal axını 1” üçün turbin tezliklə Kanadadan Rusiyaya qaytarılacağına dair hələlik heç bir rəsmi sənəd almayıb. Onun sözlərinə görə, turbin Rusiyaya qaytarılmasa, o zaman marşrutla gündə cəmi 30 milyon kubmetr qaz vurula bilər, yəni indikindən iki dəfə azdır.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər