Putin Abenin dəfninə dəvət olunmayacaq
Yaponiya Rusiya Prezidenti Vladimir Putini keçmiş Baş nazir Şinzo Abenin dövlət səviyyəsində keçiriləcək dəfn mərasiminə dəvət etməyəcək. Bu barədə məlumatı öz mənbələrinə istinadən "The Mainichi” qəzeti yayıb.
Bildirilir ki, Şinzo Abe Baş nazir olduğu dövrdə Putinlə dost münasibətlərə sahib olub.
İyulun 12-si Şinzo Abenin ailə üzvləri və yaxın dostlarının iştirakı ilə dəfn mərasimi baş tutub. Abenin cəsədi kremasiya olunub (yandırılıb).
www.anews.az
Məlumata görə, bu, Ukraynadakı müharibə ilə bağlı tətbiq edilən sanksiyalar çərçivəsində Yaponiyanın Rusiya rəhbərliyinin nümayəndələrinin ölkəyə girişini qadağan etməsi ilə əlaqədardır.
Yaponiya hökuməti sentyabrın 27-də Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasimi təşkil edəcək. Çox sayda əcnəbi nümayəndə heyətinin iştirak edəcəyi mərasim Tokionun "Budokan” idman arenasında keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər