Ukrayna-Aİ sammitində müzakirə olunacaq məsələlər açıqlanıb

"Fevralın 3-də keçiriləcək Ukrayna-Avropa İttifaqı sammitində rəsmi Kiyev Rusiyanın raket proqramına qarşı sərt sanksiyaların tətbiqində israr edəcək”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
Sammitdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi müzakirə olunacaq: "Biz Aİ sanksiyalarının doqquzuncu paketinin qəbulunu alqışlayırıq. Eyni zamanda sanksiyalar genişləndirilməlidir. Xüsuilə Rusiyanın raket proqramına qarşı sanksiyalar tətbiq olunmalıdır”.
Ukrayna bu məsələni ötən ilin sonunda qaldırıb.
www.anews.az
























