• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

İrandakı zəlzələdə 120 nəfər yaralanıb

İrandakı zəlzələdə 120 nəfər yaralanıb
18.01.2023 16:45
Çərşənbə günü günorta saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın "Mehr” Agentliyi xəbər verir.
 
İlkin məlumatlara görə, zəlzələ yerin 12 km dərinliyində baş verib. Onun qonşu Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə və vilayətin bütün ətraf şəhərlərində hiss olunduğu bildirilir.

İranın Qızıl Aypara Cəmiyyəti zəlzələnin baş verdiyi ərazilərə axtarış-xilasetmə qrupları göndərdiyini, eyni zamanda zəlzələnin episentrinə yaxın olan bəzi kəndlərdə binalara dağıntılar olduğunu bildirib.

Gün ərzində 7 yeraltı təkan qeydə alınıb.

Son məlumatlara görə, Xoy əyalətinin 15-ə yaxın kəndində insanların evlərinə ziyan dəyib.

Xoy əyalətinin Böhran İdarəetmə rəsmisi Salem Xoeiy "Mehr”ə bildirib ki, zəlzələ nəticəsində tələfat yoxdur.

Son məlumatlarda zəlzələ nəticəsində 120-dən çox insanın xəsarət aldığı bildirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
USAID fəaliyyətini dayandırdı
Dünya 18:35
USAID fəaliyyətini dayandırdı
İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
Dünya 18:06
İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
Rusiyanın sabiq müdafiə nazir müavini 13 il azadlıqdan məhrum edildi
Dünya 17:57
Rusiyanın sabiq müdafiə nazir müavini 13 il azadlıqdan məhrum edildi
Kim Çen In Rusiya tərəfində döyüşlərdə həlak olan əsgərlərinin xatirəsini anıb
Dünya 15:17
Kim Çen In Rusiya tərəfində döyüşlərdə həlak olan əsgərlərinin xatirəsini anıb
Kreml Azərbaycanda rusiyalı jurnalistlərin saxlanmasına münasibət bildirib
Dünya 15:16
Kreml Azərbaycanda rusiyalı jurnalistlərin saxlanmasına münasibət bildirib
Türkiyədə FETÖ əməliyyatı - 156 nəfər saxlanılıb
Dünya 12:31
Türkiyədə FETÖ əməliyyatı - 156 nəfər saxlanılıb
Rusiyada Azərbaycan mənşəli şərab və konyakların satışına qadağa qoyula bilər
Dünya 12:14
Rusiyada Azərbaycan mənşəli şərab və konyakların satışına qadağa qoyula bilər
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib
Dünya 09:41
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib
İran Rusiyanın strateji limanına tam nəzarəti əldə edə bilər
Dünya 09:38
İran Rusiyanın strateji limanına tam nəzarəti əldə edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol