• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Rusiya Ukraynaya hava zərbəsi endirib - Baş Qərargah

Rusiya Ukraynaya hava zərbəsi endirib - Baş Qərargah
09.02.2023 11:07
Rusiya Ukraynaya gecə 3 raket və 45 hava zərbəsi endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb
 
Bildirilir ki, raket zərbəsi nəticəsində üç dinc sakin həlak olub, daha üç ukraynalının vəziyyəti ağırdır.

Rusiya xüsusən Xerson bölgəsindəki mülki infrastruktura 67 hücum həyata keçirib.

Rusiyanın bütün Ukrayna ərazisində növbəti hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır.

Eyni zamanda Kupyanski və Limanski istiqamətlərində 25 yaşayış məntəqəsinin əraziləri atəşə tutulub.

Baxmut istiqamətində, ümumilikdə, 30-dan çox yaşayış məntəqəsi atəşə məruz qalıb. 

Xerson istiqamətində 15 yaşayış məntəqəsinin rayonları və Xerson atəşə tutulub

Son 24 saat ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 21, zenit-raket komplekslərinin mövqelərinə isə üç zərbə endirilib.

Artilleriyaçılar və raketçilər isə Rusiyanın iki komanda məntəqəsini, üç canlı qüvvənin cəmləşdiyi ərazini, zenit-raket komplekslərinin üç mövqeyini, iki sursat anbarını və bir yanacaq-sürtkü anbarını vurublar.

Fevralın 8-də Ukrayna Rusların Çerniqov vilayətinin Semenov icmasına raket hücumu təşkil edib. Atışma nəticəsində iki nəfər həlak olub, daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Navalnının fondu terror təşkilatı kimi tanınıb
Dünya 18:18
Navalnının fondu terror təşkilatı kimi tanınıb
ABŞ nümayəndə heyəti Moskvaya səfər edəcək
Dünya 18:06
ABŞ nümayəndə heyəti Moskvaya səfər edəcək

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 65-ə çatıb -YENİLƏNİB3
Dünya 17:23
Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 65-ə çatıb -YENİLƏNİB3
Lavrov ATƏT XİN Şurasının iclasında iştirak etməyəcək
Dünya 17:10
Lavrov ATƏT XİN Şurasının iclasında iştirak etməyəcək
KTMT-ya yeni baş katib seçilib
Dünya 14:27
KTMT-ya yeni baş katib seçilib


Nigeriyada fövqəladə vəziyyət elan edilib
Dünya 09:30
Nigeriyada fövqəladə vəziyyət elan edilib
Bu ölkə qadınların qətlə yetirilməsinə görə cəzanı sərtləşdirib
Dünya 08:39
Bu ölkə qadınların qətlə yetirilməsinə görə cəzanı sərtləşdirib
Honq Konqda yanğın nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - Yenilənib
Dünya 22:39
Honq Konqda yanğın nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - Yenilənib
Qvineya-Bisau başçısı dövlət çevrilişi nəticəsində həbs edilib
Dünya 18:30
Qvineya-Bisau başçısı dövlət çevrilişi nəticəsində həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol