• $ 1.7
  • € 2.0166
  • ₽ 0.0223
  • ₺ 0.0391
  • £ 2.326

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyaya qarşı cinayət işi açacaq

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyaya qarşı cinayət işi açacaq
13.03.2023 20:30
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyaya qarşı Ukraynada  törətdiyi cinayət  iddiası ilə  iki iş açacağını bildirib. Bu barədə Amerikanın The New York Times nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, BCM-də baxılan işlərdə Rusiya "Ukraynalı uşaqları oğurlamaqda” və "Mülki infrastruktura qəsdən zərbə endirməkdə” ittiham oluna bilər.
 
Mənbələrin bildirdiyinə görə, ICC, həmçinin bir neçə nəfərin həbsinə order verilməsini tələb edəcək.

Eyni zamanda, məhkəmə işlərə qiyabi baxa bilmədiyi üçün real mühakimə ehtimalı əhəmiyyətsiz olaraq qalır və Rusiya Federasiyası öz vətəndaşlarını ona ekstradisiya etməyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində Qərbin Rusiyaya qarşı ondan Ukraynada xüsusi əməliyyata görə təzminat tələb edilməsi təkliflərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Daha əvvəl Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcəyini bildirmişdi.

Kiyev Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi İranın pilotsuz təyyarələrlə təmin edilməsi məsələsinə məhkəmədə baxılmasını istəyib.

Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransa Ukraynaya 71 milyon avro ayıracaq
Dünya 15:13
Fransa Ukraynaya 71 milyon avro ayıracaq
Əbu-Dabidə üçtərəfli görüş başlayıb
Dünya 14:27
Əbu-Dabidə üçtərəfli görüş başlayıb
Ermənistanda yeni Konstitusiya mətni martda hazır olacaq - Nazir
Dünya 13:54
Ermənistanda yeni Konstitusiya mətni martda hazır olacaq - Nazir
Mask İspaniyanın sosial media qadağasını təhqir edib
Dünya 12:59
Mask İspaniyanın sosial media qadağasını təhqir edib
Tramp ABŞ-ın İranla danışıqlar apardığını təsdiqləyib
Dünya 09:33
Tramp ABŞ-ın İranla danışıqlar apardığını təsdiqləyib
Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb
Dünya 23:12
Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb
Pentaqon İran PUA-sını vurduğunu təsdiqləyib - Yenilənib
Dünya 22:35
Pentaqon İran PUA-sını vurduğunu təsdiqləyib - Yenilənib
Ankara Vaşinqtonla Tehran arasında vasitəçi olmağa hazırdır
Dünya 20:50
Ankara Vaşinqtonla Tehran arasında vasitəçi olmağa hazırdır
Rusiyada robotlardan ibarət rota yaradılıb
Dünya 18:04
Rusiyada robotlardan ibarət rota yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol