• $
  • £

Türkiyədə “Twitter” qadağasının aradan qaldırılmasına qərar verildi

Türkiyədə “Twitter” qadağasının aradan qaldırılmasına qərar verildi
26.03.2014 16:18

Türkiyədə məhkəmə “Twitter” sosial şəbəkəsinə qoyulmuş qadağaya xitam verilməsi ilə bağlı qərar qəbul edilib. 

APA-nın “Hurriyet Daily News”a istinadən verdiyi məlumata görə, bu barədə qərar Ankara 15-ci İnzibati Məhkəməsi tərəfindən qəbul olunub.Qeyd edək ki, Türkiyədə hökumətin tələbi ilə martın 21-də “Twitter” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.Buna etiraz olaraq Türkiyə Hüquqşünaslar Birliyi, Ankara Hüquqşünaslar Birliyi, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP-li millət vəkili Oqtay Vural Ankara 15-ci İnzibati Məhkəməsinə müraciət etmişdi.Türkiyə Telekommunikasiya Başkanlığı qanunlara görə, məhkəmə qərarını dərhal icra etməlidir.Bununla belə, Başkanlığın qərardan şikayət vermək hüququ var. Şikayət Bölgə İnzibati Məhkəməsinə verilə bilər. Lakin şikayət etməzdən öncə qərar icra olunmalıdır, başqa sözlə, Telekommunikasiya Başkanlığının “Twitter”-ə girişi əngəlləmək haqqı yoxdur. “Twitter”-ə giriş yalnız Bölgə İnzibati Məhkəməsinin müvafiq qərarından sonra bağlana bilər. Bu müddətdə Telekommunikasiya Başkanlığı “Twitter”-ə girişi açıq saxlamaq məcburiyyətindədir.Konstitusiya Məhkəməsi də “Twitter” qadağası ilə bağlı müraciətlərə baxaraq, bu gün qərar verəcək.Son olaraq CHP-nin başqan müavini Sezgin Tanrıkulu “Twitter” qadağasının götürülməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Omanda Ermənistan səfirliyinin açılışı olub
Dünya 23:59
Omanda Ermənistan səfirliyinin açılışı olub
VI Felipe Madriddə Zelenskini qəbul edib
Dünya 23:09
VI Felipe Madriddə Zelenskini qəbul edib
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Dünya 21:19
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Cey Di Vens Macarıstana səfər edəcək
Dünya 20:30
Cey Di Vens Macarıstana səfər edəcək
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırılıb
Dünya 19:48
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırılıb
Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib
Dünya 18:47
Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Dünya 15:03
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Gürcüstan Patriarxı II İlya vəfat edib
Dünya 23:25
Gürcüstan Patriarxı II İlya vəfat edib
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Dünya 23:01
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol