• $
  • £

Güney Azərbaycan türkləri Brüsseldə aksiya keçirir, əsas tələb İranda azadlıq və ədalətdir

Güney Azərbaycan türkləri Brüsseldə aksiya keçirir, əsas tələb İranda azadlıq və ədalətdir
25.03.2023 20:00
Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə "Azadlıq və ədalət yürüşü” adlı mitinq keçirilir.

Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından "Report"a bildirilib ki, aksiyanın əsas şüarı "Azadlıq, ədalət və milli hökumət”dir.

Hazırda Güney Azərbaycanda da əsas şüar məhz budur: "Bizim bütün tələblərimizi bu şüar əhatə edir. Azadlıq, ədalət və təbii ki, milli hökumət, milli hakimiyyətimizin yenidən təsis olunması millətimizin əsas istəyidir ki, Brüsseldə keçiriləcək mitinqdə elə bu tələblə çıxış edəcəyik. Mitinqə Cənubi Azərbaycanda, Şimali Azərbaycanda, Türk ölkələrində, Avropada yaşayan minlərlə soydaşımız qatılıb".

Təşkilatdan bildirilib ki, bu mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətini, yurd içində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmən qardaşlarımızı, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdir. Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıyır. İran açıq şəkildə Azərbaycanı müharibə ilə təhdid edir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan-Türkiyə birliyinin qarşısında strateji İran-Ermənistan birliyi qurub. Bunların hamısı bizim etirazlarımıza səbəb olub. Güney Azərbaycan türkləri olaraq bunları qəbul edə bilmərik.

"Aylardır İrandakı iğtişaşlar, o cümlədən Cənubi Azərbaycan və qaşqay türklərinin etirazları İran dövləti tərəfindən çox qanlı şəkildə yatırılır. Yüzlərlə vətəndaşımız həyatını itirib, yüzlərlə, bəlkə minlərlə yaralı və həbs olunan var. Təbii ki, vətəndaşlarımızın da etiraz səslərini dünyaya, o cümlədən Avropa ictimaiyyətinə çatdırmaq bu mitinqin hədəfləri sırasındadır. Bunların hamısı mitinqin bəyanatına və tələblərinə də daxil edilib", - Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrana qarşı əməliyyatlarda təxminən 140 ABŞ hərbçisi yaralanıb
Dünya 23:20
İrana qarşı əməliyyatlarda təxminən 140 ABŞ hərbçisi yaralanıb
Torontoda ABŞ konsulluğu yaxınlığında atışma llun
Dünya 21:55
Torontoda ABŞ konsulluğu yaxınlığında atışma llun
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:44
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Dünya 18:30
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
ABŞ səfirliyi Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb
Dünya 13:13
ABŞ səfirliyi Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb
Türkiyənin cənub-şərqində Patriot raket sistemləri yerləşdirilib
Dünya 12:08
Türkiyənin cənub-şərqində Patriot raket sistemləri yerləşdirilib
Baş nazir Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb
Dünya 10:26
Baş nazir Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol