• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib

Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
13.04.2023 16:17
Rusiyanın qoyduğu tələblərin həlli istiqamətində irəliləyiş olmadığı üçün mayın 18-dən sonra taxıl müqaviləsinin  uzadılması barədə söhbət gedə bilməz.  Bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin cümə axşam yayımladığı bəyanatda bildirib.
 
"Biz mövqeyimizi bir daha təsdiqləyirik ki, beş sistemli problemin həllində heç bir irəliləyiş əldə olunmayıb.  Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin idxalının bərpası, sığorta üzrə məhdudiyyətlərin aradan qaldırılması, limanlara girişə qoyulan qadağanın götürülməsi,Togliatti-Odessa ammonyak boru kəmərinin istismarı, qida və gübrə istehsalı, daşınması ilə bağlı Rusiya şirkətlərinin xarici aktivlərinin və hesablarının blokdan çıxarılması kimi məsələlər həll olunmadığı üçün   mayın 18-dən sonra Qara dəniz təşəbbüsünün daha da uzadılmasından söhbət belə gedə bilməz”, - Nazirliyin bəyanatında deyilir. 
 
Xarici İşlər Nazirliyi BMT Katibliyinin Ukrayna ərzaq məhsullarının ixracını nəzərdə tutan  Qara dəniz təşəbbüsü ilə bağlı daha bir press-relizinə diqqət çəkərək  burada məlumat və faktların təhrif edildiyini bildirib. 
 
BMT-nin mediaya verdiyi mesajın səbəbi taxıl müqaviləsi bağlandıqdan sonra ilk dəfə İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi (JCC) çərçivəsində yoxlamaların aparılmaması olub.
 
" Kiyev tərəfindən sazişlərdə nəzərdə tutulmuş ammonyak ixracının davamlı şəkildə bloklanması, həmçinin Rusiya-BMT memorandumunun icrasında hər hansı irəliləyişin olmaması BMT Katibliyinin press relizində öz əksini tapmayıb”, - XİN bildirib.
 
"Hazırda taxıl müqaviləsi çərçivəsində 1 milyon tondan çox ərzaq daşıyan 28 gəmi Türkiyənin ərazi sularında təftiş gözləyir. Lakin BMT-nin SKC-də təftiş planının formalaşdırılmasına cavabdeh olan işçiləri bu cür cədvəli tərtib etməkdən imtina edərək, ukraynalıların təşəbbüsü ilə gəmilərin qeydiyyata alınması ilə bağlı tələblərini dərhal dəstəklədilər", - diplomatik şöbədən məlumat verilib.
 
BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə ehtiyacı olan ölkələrə 543 928 ton humanitar yük çatdırılıb. Bu da taxıl müqaviləsi çərçivəsində çatdırılan  27,7 milyon tonluq ərzaq ixracı fonunda çox kiçik rəqəmdir. 
 
"Bundan başqa, BMT üzvləri FAO indekslərinə istinad edərək, dünya ərzaq qiymətlərinin azaldığını bəyan etməyi xoşlayırlar. Belə 2022-ci ilin martından bu yana  qiymətlərin 20,5% yox, 18,6% bahalaşdığı bildirilir.  Qiymətin qalxmasının səbəblərdən biri Ukrayna ixracının 70%-nin yemlik qarğıdalı və yem bitkilərinin təşkil etməsidir”, - Rusiya XİN bildirilib.
 
Yerli kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması Rusiya-BMT memorandumunun icrası çərçivəsində baş tutmalı idi. Rusiya bildiri ki,  bu dəfə BMT bunu heç dilə gətirməyib . .
 
Zinyət  Mehtiyeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol