• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edib

BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edib
24.09.2023 12:31
Birləşmiş Ərəb Əmirlikləri İrandan Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.
 
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi debatda çıxışı zamanı BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.

"Bu tribunadan BƏƏ bir daha İrandan əmirliyin 3 adası Böyük Tomb, Kiçik Tomb və Əbu Musanın işğalına son qoymasını tələb edir. Bu problem nə qədər davam etsə də, bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək və zaman bizim onların üzərindəki suverenliyimizi ləğv etməyəcək”, – o deyib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların mülkiyyəti BƏƏ və İran tərəfindən mübahisəlidir. İyulun 17-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi qeyd edib ki, Tehran bu adaları öz ərazisi hesab etdiyi üçün onların statusunu müzakirə etmək niyyətində deyil. Avqustun əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində dəniz qüvvələri mübahisəli adalar ərazisində təlimlər keçirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Dünya 23:30
Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı olub
ABŞ Karib dənizində "Aquila II" tankerini saxlayıb
Dünya 22:32
ABŞ Karib dənizində "Aquila II" tankerini saxlayıb
Ermənistan Prezidenti Cey Di Vensi qəbul edib
Dünya 21:32
Ermənistan Prezidenti Cey Di Vensi qəbul edib
Ermənistan ABŞ-dən “V-BAT” PUA-ları əldə edib
Dünya 20:11
Ermənistan ABŞ-dən “V-BAT” PUA-ları əldə edib
Paşinyan ABŞ-ın vitse-prezidenti ilə görüşüb
Dünya 18:23
Paşinyan ABŞ-ın vitse-prezidenti ilə görüşüb
Qonşu ölkədə ana 3 və 5 yaşlı uşaqlarını beşinci mərtəbədən atıb
Dünya 15:11
Qonşu ölkədə ana 3 və 5 yaşlı uşaqlarını beşinci mərtəbədən atıb
İranda fəal Nərgiz Məhəmmədi həbs edilib
Dünya 13:49
İranda fəal Nərgiz Məhəmmədi həbs edilib
Vensin Azərbaycana səfər tarixi açıqlanıb
Dünya 23:31
Vensin Azərbaycana səfər tarixi açıqlanıb
Kuba sahillərində 5,5 maqnitudada zəlzələ olub
Dünya 18:30
Kuba sahillərində 5,5 maqnitudada zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol