• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Azərbaycan 5 ayda Türkiyədən 900 milyon dollarlıq mal alıb

Azərbaycan 5 ayda Türkiyədən 900 milyon dollarlıq mal alıb
04.06.2024 13:53
2024-cü ilin yanvar-mayında Azərbaycan Türkiyədən 888,385 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 2,8 % azdır. Bu barədə Türkiyənin Ticarət Nazirliyi bildirir. 

Cari ilin 5 ayında Türkiyənin Azərbaycana ixracı ümumi ixracın 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 3,2 % artaraq 92 milyard 537,971 milyon ABŞ dollara çatıb.

2024-cü ilin mayında isə Türkiyədən Azərbaycana 193,703 milyon dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-nə bərabər olub. 
 
Ötən  il Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51.2% və ya 1 milyard 814 milyon dollar artaraq 5 milyard 359.3 milyon dollara, Türkiyədən Azərbaycana ixracın həcmi isə 0.3% və ya 6.1 milyon dollar azalaraq 2 milyard 291 milyon dollara bərabər olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci ilə müqayisədə 9.9% çoxdur.

 2023-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3.3 milyard dollar təşkil edib.

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan Patriarxı II İlya vəfat edib
Dünya 23:25
Gürcüstan Patriarxı II İlya vəfat edib
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Dünya 23:01
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Tramp Çinə səfərini təxirə salıb
Dünya 21:31
Tramp Çinə səfərini təxirə salıb
Zelenski Londona səfər edib
Dünya 19:47
Zelenski Londona səfər edib
Cozef Kent istefa verib
Dünya 18:47
Cozef Kent istefa verib
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Dünya 17:44
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib


Albaniya parlamenti İranı terroru dəstəkləyən ölkə kimi rəsmən tanıyıb
Dünya 15:59
Albaniya parlamenti İranı terroru dəstəkləyən ölkə kimi rəsmən tanıyıb

Rusiya ordusu Ukraynada irəliləyir
Dünya 15:09
Rusiya ordusu Ukraynada irəliləyir
İsrail Laricaninin ölümünü təsdiqləyib
Dünya 14:10
İsrail Laricaninin ölümünü təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol