• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub

Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
06.08.2024 13:18
Britaniya hakimiyyəti Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus Naytsbricdəki malikanəni və Askotdakı qolf klubunu müsadirə edib. Bu barədə The Guardian yazıb.

Adı çəkilən aktivlər Böyük Britaniyanın xeyrinə daha əvvəl əldə edilən razılaşma çərçivəsində müsadirə edilib və 18,5 milyon funt sterlinq qiymətləndirilib.

"Dəbdəbəli mülklər Hacıyev tərəfindən Azərbaycanda Azərbaycan Beynəlxalq Bankının talanması ilə bağlı külli miqdarda dələduzluq və oğurluq, hesabların saxtalaşdırılması və çirkli pulların yuyulması nəticəsində birbaşa əldə edilib”, - Milli Cinayət Agentliyinin (NCA) məsələ ilə bağlı açıqlamasında bildirilib.

Cahangir Hacıyev bu malikanəni, eləcə də qolf klubunu Azərbaycanda qanunsuz mənimsədiyi pulla aldığından  Britaniya hökuməti bu əmlakı müsadirə edib. Amma vəsait Azərbaycana qaytarılmayıb. 

NCA-nın Guernsey və Britaniya Virciniya adaları da daxil olmaqla ofşor yurisdiksiyalar vasitəsilə əldə edildiyini söylədiyi aktivlər, 2017-ci ildə tətbiq edilən "açıqlanmayan sərvət sifarişləri"nə (UWOs) məruz qalan ilk aktivlərdir. 

UWO ağır cinayətlərdə əli olan  və ya siyasi cəhətdən ifşa olunan şəxslərdən öz sərvətlərinin mənbələrini açıqlamağı tələb edən Britaniya məhkəməsinin qərarıdır. 

Hacıyevanın əlindən alınan əmlakın hərraca çıxarılacağı bildirilir. Əmlakın  ümumi dəyəri 26,5 milyon funt sterlinq olaraq qiymətləndirilir. Hökumət gəlirin 70 faizini alacaq, qalan hissə isə əldə olunan razılaşmanın şərtlərinə uyğun olaraq Cahangir Hacıyevin xanımına  veriləcək.  Əslində, bu məbləğin ölçüsü aktivlərin neçəyə satılacağından asılıdır.

Hacıyeva əvvəllər Londonun ən məşhur univermağı Harrodsda 16 milyon funt sterlinq xərclədiyi ilə "məşhur olub”. Bu məbləğin təxminən üçdə biri zinət əşyaları və geyimlərin alınmasına sərf edilib. Hacıyeva Godiva şokoladına 32 min funt-sterlinq xərcləyib.

Onun həyat yoldaşı Cahangir Hacıyev hazırda Bakıda həbsdədir. Məhkəmə onu 16 il azadlıqdan məhrum edib. . O, çoxsaylı cinayətlərdə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və oğurluqda təqsirli bilinib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol