• $
  • £

Putin dünyanın 1 nömrəli siyasətçisi seçildi

Putin dünyanın 1 nömrəli siyasətçisi seçildi
05.02.2014 22:50
 Rusiya paytaxtında dünya informasiya agentliklərinin keçirdiyi sorğu nəticəsində siyasətçilərin, elm adamlarının və mədəniyyət xadimlərinin yeni reytinqi hazırlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın İTAR-TASS dövlət agentliyinin təşəbbüsü ilə keçirilən sorğunun nəticəsini agentliyin baş direktoru Sergey Mixaylov elan edib. O bildirib ki, “Ümumdünya reytinqi 2013”ün “1 nömrəli siyasətçi” nominasiyasında Rusiya prezidenti Vladimir Putin qalib gəlib: “Rusiya prezidenti 53 siyasətçi arasında ilk yerə layiq görülüb. Növbəti yerləri Roma papası Fransisk, Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama tutublar”. Dünyanın “1 nömrəli elm adamı” nominasiyasında 76 namizəd arasında britaniyalı Nobel mükafatı laureatı Piter Hiqs qalib gəlib. “1 nömrəli mədəniyyət xadimi” nominasiyasında qalib kanadalı yazıçı, 2013-cü ildə Nobel mükafatına layiq görülmüş Elin Munro olub. S. Mixaylov deyib ki, “Ümumdünya reytinqi-2013” sorğusunda 175 informasiya agentliyi və KİV iştirak edib: “Sorğu İTAR-TASS-ın təşəbbüsü ilə informasiya agentlikləri və internet xəbər saytlarının rəhbərləri arasında keçirilib. Bu sorğu professional media arasında keçirilən, tarixdə ilk nümunədir. Sorğuda dünyanın 84 ölkəsindən 265 informasiya agentliyi və internet xəbər saytı iştirak edib”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol