• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Tramp “Google” şirkətini məhkəməyə verəcək

Tramp “Google” şirkətini məhkəməyə verəcək
28.09.2024 18:50
ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Google” şirkətini məhkəməyə verəcəyini bildirib.Bu barədə "The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Tramp "Google”un axtarış sistemində onun haqqında "yalnız pis”, rəqibi Kamala Harris haqqında isə "yalnız yaxşı” materiallar yerləşdirildiyini iddia edib.

Tramp 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə "Google” şirkətini mühakimə edəcəyi ilə hədələyib və texnologiya nəhəngini vitse-prezident Kamala Harrisin xeyrinə axtarış nəticələrini manipulyasiya etməkdə günahlandırıb. O, "Truth Social” şəbəkəsindəki paylaşımında şirkətin onun haqqında mənfi yazılara üstünlük verən qeyri-qanuni bir sistem qurduğunu iddia edib.

"Google” rəhbərliyi isə Trampın ittihamlarını rədd edərək, alqoritmlərini dəyişmədiyini və axtarış sorğusuna uyğun materialları göstərdiyini vurğulayıb.

Tramp dəfələrlə "Google”u məzmunu tənzimləməkdə, onun haqqında "saxta xəbərlər” dərc etməkdə və Demokratlar Partiyasını dəstəkləməkdə ittiham edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol