• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Ərdoğan Ukraynadakı münaqişənin həlli ilə bağlı planını təqdim etmək istəyir

Ərdoğan Ukraynadakı münaqişənin həlli ilə bağlı planını təqdim etmək istəyir
18.11.2024 10:39
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Rio-de-Janeyro görüşündə Ukraynadakı münaqişənin dondurulması planını təklif etmək niyyətindədir. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

"O, hazırkı şərtlərlə münaqişənin dondurulması təklifini bazar ertəsi Rio-de-Janeyroda 20-lik liderlər qrupunun görüşündə təqdim etməyə hazırlaşır", - nəşr yazır.

Bloomberg-in məlumatına görə, Ərdoğan Ukrayna lideri Vladimir Zelenskiyə Rusiyaya güzəşt olaraq NATO- ya üzvlüklə bağlı müzakirələri ən azı 10 il təxirə salmağı  təklif etmək niyyətindədir.

Bundan başqa, Türkiyənin təklifi Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur.
 
Ərdoğanın əlavə zəmanət olaraq orada beynəlxalq qoşun yerləşdirməyi və NATO-dan kənarda qalmağa razılıq verdiyinə görə kompensasiya olaraq Qərbin Ukraynaya hərbi təchizat verməsini təklif edəcəyi gözlənilir.

Türkiyə rəsmiləri Ukraynanın belə bir təklifi qəbul etməsinin çətin olacağını etiraf etsə də, bunun ən real yanaşma olduğuna inanırlar.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə sərnişin avtobusu aşıb,ölən və yaralananlar var
Dünya 13:31
Türkiyədə sərnişin avtobusu aşıb,ölən və yaralananlar var
İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib
Dünya 13:10
İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib
Türkiyədə binadakı yanğın nəticəsində üç nəfər ölüb - Yenilənib
Dünya 22:16
Türkiyədə binadakı yanğın nəticəsində üç nəfər ölüb - Yenilənib
KİV: Müxalifət Çexiya hökumətinin istefasını tələb edib
Dünya 21:30
KİV: Müxalifət Çexiya hökumətinin istefasını tələb edib
Türkiyə və Ukraynanın müdafiə nazirləri görüşüblər
Dünya 19:03
Türkiyə və Ukraynanın müdafiə nazirləri görüşüblər
Si Cinpin və Tramp arasında telefon danışığı olub
Dünya 18:05
Si Cinpin və Tramp arasında telefon danışığı olub
Paşinyan və Ərdoğan nəyi müzakirə etdilər?
Dünya 16:59
Paşinyan və Ərdoğan nəyi müzakirə etdilər?
Almaniya kansleri Mers Vaşinqtonda Tramp ilə görüşəcək
Dünya 16:44
Almaniya kansleri Mers Vaşinqtonda Tramp ilə görüşəcək
Ermənistan KTMT-yə üzvlük haqqını ödəməyib
Dünya 16:39
Ermənistan KTMT-yə üzvlük haqqını ödəməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol