• $
  • £

Tbilisidə etirazçıların kütləvi saxlanması başlayıb

Tbilisidə etirazçıların kütləvi saxlanması başlayıb
02.12.2024 10:17
Tbilisidə xüsusi təyinatlılar  etirazçıları Rustaveli prospektindən sıxışdırıblar, bundan sonra onlar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar. Bu barədə TASS məlumat yayıb.


Xüsusi təyinatlılar bütün gecəni Rustaveli prospektində saxlayıb, etirazçıların parlamentə qayıtmasına mane olub və gecə yarısı oradan çıxarılıblar. Səhər saatlarında hüquq-mühafizə orqanları yerdə qalan etirazçıları daha bir xüsusi təyinatlı kordonun qurulduğu Rustaveli metrostansiyasına doğru itələməyə başlayıb. Vətəndaşlar bu kordonun yanından metro istiqamətində keçərkən təhlükəsizlik qüvvələri bir neçə etirazçını təqib etməyə başlayıb və saxlayıblar.


Noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər  Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir. Respublikanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar, onun dediyi kimi, qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib.


Aİ ilə danışıqlardan imtina liderləri hakimiyyətin hərəkətlərini "milli maraqlara xəyanət” adlandıran qərbyönlü müxalifətin kəskin narazılığına səbəb olub. Avropaya inteqrasiyanı dəstəkləməsi ilə tanınan Zurabişvili hökumətin hərəkətlərini pisləyib. O, "öz xalqına, onların keçmişinə və gələcəyinə müharibə elan etdiyini" söyləyib. Noyabrın 28-də o, parlament binası qarşısında etirazçılara qoşulub və noyabrın 30-da söz verib ki, mandatının başa çatmasına baxmayaraq, parlament "qeyri-legitim” olduğundan istefa verməyəcək.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
Dünya 23:56
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
Türkiyədə tanınmış prodüser Erol Köse binadan yıxılaraq ölüb
Dünya 22:19
Türkiyədə tanınmış prodüser Erol Köse binadan yıxılaraq ölüb

"OnlyFans" xidmətinin sahibi 43 yaşında vəfat edib
Dünya 22:00
"OnlyFans" xidmətinin sahibi 43 yaşında vəfat edib

Tramp İranla danışıqların yeni raundunu elan edib
Dünya 21:41
Tramp İranla danışıqların yeni raundunu elan edib

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 80-i keçib
Dünya 21:11
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 80-i keçib

İran Bəhreyndəki ABŞ bazasını vurub
Dünya 19:36
İran Bəhreyndəki ABŞ bazasını vurub
Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır
Dünya 19:15
Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır
Roma Papası hava bombardmanlarının əbədi qadağan olunması ilə bağlı çağırış edib
Dünya 18:53
Roma Papası hava bombardmanlarının əbədi qadağan olunması ilə bağlı çağırış edib

Paşinyan Putinə zəng edib
Dünya 18:14
Paşinyan Putinə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol