• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır - Blinken

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır - Blinken
05.12.2024 11:36
Vaşinqton administrasiyası Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu barədə Dövlət katibi Antoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.

"Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə hazırlaşır, bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın sonrakı nəzərdən keçirilməsinə hazırlaşır”, - Amerikanın xarici siyasət departamentinin rəhbəri deyib.
 
Onun fikrincə, Gürcüstan hakimiyyəti "dinc toplaşmaq və ifadə hüquqlarından” istifadə etdiklərinə görə saxlanılanları "dərhal azad etməlidir”.
 
Dövlət katibinin fikrincə, "qanunsuz güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”.

Noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Etirazın səbəbi ölkənin baş naziri İrakli Kobaxidzenin bəyanatıdır. O bildirib ki, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və icmadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üzrə dialoqun başlanması ilə bağlı davamlı şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğanın Suriyaya səfəri gözlənilir
Dünya 09:30
Ərdoğanın Suriyaya səfəri gözlənilir
Əsəd ilk dəfə Suriyadan necə getdiyini şərh edib
Dünya 17:09
Əsəd ilk dəfə Suriyadan necə getdiyini şərh edib
Rusiyanı
Dünya 16:15
Rusiyanı "qırmızı xət"ə çatdırırlar - Putin
Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək
Dünya 17:30
Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək
Tramp ilin adamı seçilib
Dünya 17:25
Tramp ilin adamı seçilib
Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkəni tərk edib
Dünya 14:33
Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkəni tərk edib
Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib
Dünya 22:30
Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib
Trampın çağırışından sonra Rusiya Ukrayna ilə danışıqlara açıqdır
Dünya 22:14
Trampın çağırışından sonra Rusiya Ukrayna ilə danışıqlara açıqdır
ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır - Blinken
Dünya 11:36
ABŞ Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır - Blinken
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol