• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Notr-Dam beş il aradan sonra yenidən açılır

Notr-Dam beş il aradan sonra yenidən açılır
07.12.2024 09:11
2019-cu ildəki yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək.Bu barədə paytaxtın polis prefekturasının rəisi Loran Nunyes məlumat verib.

O vurğulayıb ki, kilsənin yerləşdiyi Site adasının ətrafındakı qapalı perimetrin mühafizəsi üçün 6 min polis və jandarma əməkdaşı cəlb olunacaq.

Onlardan əlavə, yaxın ərazilərdə hərbçilər və xilasedicilər növbə çəkəcəklər. Dekabrın 8-nədək bir neçə metro stansiyası bağlanacaq və adada və Senanın sol sahilindəki sahilyanı məhəllələrdə avtomobil hərəkəti tam dayandırılacaq – sağ sahildə nümayəndə heyətlərinin keçidi zamanı vaxtaşırı bağlanmalar olacaq. Adaya yalnız piyada getmək mümkün olacaq, lakin kilsənin qarşısındakı meydana yalnız dəvətnamə ilə buraxılacaq.

Təhlükəsizlik perimetri daxilində bütün restoranlar və suvenir mağazaları bağlı olacaq. Bəzi müəssisə sahibləri bütün həftə sonu ərzində gəlir itirəcəklərindən narazı olsalar da, dünyanın müxtəlif ölkələrində yayımlanacaq geniş mərasimin gələcəkdə daha çox turist sayəsində itkiləri qismən kompensasiya edəcəyinə ümid edirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Havayda “Kiko” qasırğasına görə fövqəladə vəziyyət elan edilib
Dünya 23:13
Havayda “Kiko” qasırğasına görə fövqəladə vəziyyət elan edilib
Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır
Dünya 20:04
Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır
Bodrumda meşə yanır
Dünya 18:09
Bodrumda meşə yanır
88 ölkə ABŞ-yə poçt xidmətlərini dayandırıb
Dünya 17:56
88 ölkə ABŞ-yə poçt xidmətlərini dayandırıb
Avropada “TikTok” istifadəçilərinin sayı açıqlanıb
Dünya 17:30
Avropada “TikTok” istifadəçilərinin sayı açıqlanıb
İsveçrədə robot kuryerlər işə başlayıb
Dünya 16:36
İsveçrədə robot kuryerlər işə başlayıb
Polşa XİN həmvətənlərini Belarusu dərhal tərk etməyə çağırıb
Dünya 15:00
Polşa XİN həmvətənlərini Belarusu dərhal tərk etməyə çağırıb
Almaniyada ildırım yanğına səbəb olub
Dünya 10:00
Almaniyada ildırım yanğına səbəb olub
ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək - Tramp
Dünya 00:08
ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək - Tramp
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol