• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Robert Kennedinin gəlini MKİ rəhbərliyində təmsil oluna bilər

Robert Kennedinin gəlini MKİ rəhbərliyində təmsil oluna bilər
12.12.2024 09:40
Robert Kennedi  ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsində Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakını sübut etməyə çalışır. Bu barədə  Axios portalı xəbər verir.

Nəşrin məlumatına görə, Kennedi kiçik bu məqsədlə öz gəlinini, Amarillis Foks-Kennedini, MKİ direktorunun birinci müavini vəzifəsinə təyin etdirmək istəyir.

Axios yazır  ki, seçilən prezident Donald Tramp özünü Kennediyə seçki zamanı verdiyi dəstəyə görə borclu hiss edir və onun təşəbbüslərinə dəstək verməyə hazırdır.
 
Foks-Kennedinin ABŞ Konqresi Senatı tərəfindən təsdiqlənəcəyi halda, o, prezidentin sui-qəsdi ilə bağlı məxfi sənədlərin yayımlanmasında israr edəcək.

Con Kennedi 1963-cü il noyabrın 22-də Texasda seçkiqabağı səfər zamanı Dallasda qətlə yetirilib. Rəsmi istintaq komissiyası cinayətin altıncı mərtəbədən məktəb dərslikləri anbarından atəş açmış təkbaşına Lee Harvi Osvald tərəfindən törədildiyi qənaətinə gəlib.
 
Cinayət yerində optik nişangahlı tüfəng və istifadə olunmuş gilizlər aşkar edilmişdi.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Azərbaycanda benzinin qiyməti artırılır
Dünya 14:50
Azərbaycanda benzinin qiyməti artırılır
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Dünya 14:00
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol