ABŞ Colani üçün təyin edilmiş mükafatı ləğv edəcək
![ABŞ Colani üçün təyin edilmiş mükafatı ləğv edəcək ABŞ Colani üçün təyin edilmiş mükafatı ləğv edəcək](https://anews.az/photo/850x500/2024-12/1734721164_colani-hts.jpg)
Birləşmiş Ştatlar Suriyada keçirilmiş görüşlərdən sonra "Hayat Təhrir əş-Şam" (HTŞ) silahlı qrupunun lideri Əbu Məhəmməd əl-Culani haqqında məlumat üçün nəzərdə tutulan 10 milyon dollarlıq mükafatı ləğv edəcək.Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ-nin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin köməkçisi Barbara Lif bildirib ki, Suriyadakı danışıqlar zamanı terrorçu qrupların ölkə daxilində və xaricində, o cümlədən ABŞ və onun regional müttəfiqləri üçün təhlükə yaratmaması məsələsi müzakirə olunub.
"Əl-Culani bu təhlükələrin qarşısını almaq üçün öhdəlik götürdüyünü bəyan edib.Danışıqlarımızın nəticəsi olaraq mən ona bildirdim ki, artıq 'Rewards for Justice' proqramı çərçivəsində mükafat təklif etməyəcəyik",- Barbara Lif vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)