• $
  • £

Gürcüstan Fransanı yeni seçkilər keçirməyə çağırıb

Gürcüstan Fransanı yeni seçkilər keçirməyə çağırıb
07.01.2025 15:58
Ölkəni siyasi böhrandan çıxarmaq üçün Fransa hakimiyyəti yeni parlament seçkiləri keçirə bilər. Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident  Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər siyasi böhranı həll etmək üçün yaxşı həll yolu ola bilər”, -  o vurğulayıb.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Makrona Ukraynanı diqqətdə saxlamağı  tövsiyə edib .

O, həmçinin qeyd edib ki, Fransa prezidentinin Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxiləsi ilə bağlı yalanlarına münasibət bildirməyəcək.

Noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər  Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar, özünün dediyi kimi, qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib.


Aytac 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 20:53
Türkiyədə zəlzələ olub
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dünya 20:47
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dubay hava limanları uçuşları qismən bərpa edib
Dünya 19:27
Dubay hava limanları uçuşları qismən bərpa edib
Tramp İranla bağlı çıxış edəcək
Dünya 19:19
Tramp İranla bağlı çıxış edəcək
ABŞ bu ölkədəki səfirliyini bağladı
Dünya 18:33
ABŞ bu ölkədəki səfirliyini bağladı
Xameneinin həyat yoldaşı hava hücumlarında aldığı xəsarətlərdən ölüb
Dünya 18:02
Xameneinin həyat yoldaşı hava hücumlarında aldığı xəsarətlərdən ölüb
Pezeşkian İranın yeni müdafiə nazirini təyin edib
Dünya 16:03
Pezeşkian İranın yeni müdafiə nazirini təyin edib
İran Netanyahunun ofisinə zərbə endirdiyini bildirib
Dünya 14:01
İran Netanyahunun ofisinə zərbə endirdiyini bildirib
Üç ölkə İrana xəbərdarlıq edib
Dünya 11:34
Üç ölkə İrana xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol