• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Zaxarova: Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır

Zaxarova: Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır
16.01.2025 16:56
Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi", - o bildirib.

Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi vəziyyətin sabitliyinin pozulması və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz: "Aİ missiyası Cənubi Qafqaz üçün yad bir cisimdir. Region qarşısında duran bütün aktual məsələlər kənardan müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir".

Diplomat vurğulayıb ki, Aİ missiyasının yerləşdirilməsi barədə qərar Azərbaycanla razılaşdırılmadan qəbul edilib: "Niyə kənar müşahidəçi olmayan və sabitlikdə yaxından maraqlı olan regional oyunçunun fikri nəzərə alınmır?".

XİN nümayəndəsi əlavə edib ki, Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
25-ci mərtəbədən yıxılan qız sağ qalıb
Dünya 23:59
25-ci mərtəbədən yıxılan qız sağ qalıb
Putin atəşkəsi uzatmayacağanı deyir
Dünya 23:00
Putin atəşkəsi uzatmayacağanı deyir
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Dünya 21:53
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
В Кремле высказались о продлении пасхального перемирия
Dünya 20:19
В Кремле высказались о продлении пасхального перемирия
İran-ABŞ danışıqları vasitəçilərin iştirakı ilə keçiriləcək
Dünya 19:30
İran-ABŞ danışıqları vasitəçilərin iştirakı ilə keçiriləcək
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Dünya 19:00
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qazaxıstanda marafon iştirakçıları yarış zamanı ölüb
Dünya 18:25
Qazaxıstanda marafon iştirakçıları yarış zamanı ölüb
Kiyev üzrxahlıq tələb edir
Dünya 16:45
Kiyev üzrxahlıq tələb edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol