• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Milyarderlər Trampın ayağına gəlib

Milyarderlər Trampın ayağına gəlib
20.01.2025 16:57
Son aylarda dünyanın ən zəngin on insanından altısı, Donald Trampın rəhbərliyi altında yeni güc mərkəzinə çevrilən Palm-Biçi fəal  şəkildə ziyarət edib.
 
Bu milyarderlər ABŞ-ın və dünyanın müxtəlif yerlərindən, o cümlədən Havay, Kaliforniya, Texas və hətta Mayamidən xüsusi təyyarələrlə gəlirlər.
 
Uçuş məlumatları göstərir ki, onlar Trampın şəxsi klubu olan Mar-a-Laqoya səfər edərək onunla görüşürlər. Bloomberg-in yazdığına görə, əvvəllər Trampa qarşı çıxan Mark Zukerberq, Sergey Brin və Ceff Bezos kimi milyarderlər indi onunla münasibətləri yaxşılaşdırmağa çalışır.

Mark Zukerberq (xalis sərvəti – 217 milyard dollar) noyabrın sonunda Tramp ilə fikir ayrılıqlarına baxmayaraq klubu ziyarət edib. Sergey Brin (163 milyard dollar) isə dekabrda Alphabet-in prezidenti və baş direktoru Sundar Pichai ilə birlikdə Palm-Biçə gəlib. Ceff Bezos (245 milyard dollar) və İlon Mask (449 milyard dollar) da Mar-a-Laqoda Tramp ilə müzakirələr aparıblar. Bezos Trampın inauqurasiyası üçün 1 milyon dollar bağışlayacağını vəd edib, Mask isə Zukerberq kimi rəsmi qəbulda iştirak edəcək.

Bundan əlavə, Palm-Biçi Travis Kalanik (5 milyard dollar), Larri Ellison (188 milyard dollar), həmçinin kriptovalyuta maqnatları Kameron və Tayler Vinklvos (hər biri 6 milyard dollar) da ziyarət ediblər. Onlar Tramp üçün təşkil edilən xeyriyyə tədbirində iştirak ediblər.
 
Mədən sənayesi maqnatı Cina Raynhart (20 milyard dollar) da klubu ziyarət edənlər arasındadır. Kazino maqnatı Stiv Uin (5 milyard dollar) isə Trampın kampaniyasına dəstək verib.

Digər milyarderlər, o cümlədən Hovard Lütnik (2 milyard dollar) və Tilman Fertitta (16 milyard dollar) da Tramp ilə görüşmək üçün mütəmadi olaraq Palm-Biçə səfər edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyev üzrxahlıq tələb edir
Dünya 16:45
Kiyev üzrxahlıq tələb edir
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb
Dünya 13:56
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Dünya 13:37
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
İrəvanda kütləvi dava olub, ölən və xəsarət alanlar var
Dünya 13:14
İrəvanda kütləvi dava olub, ölən və xəsarət alanlar var
Cənubi Koreya hava qüvvələrinin bütün uçuşlarına qadağa qoyub
Dünya 12:07
Cənubi Koreya hava qüvvələrinin bütün uçuşlarına qadağa qoyub
Tramp rüsumların tətbiqini dayandırıb
Dünya 11:32
Tramp rüsumların tətbiqini dayandırıb
Çanaqqala boğazı tranzit gəmi keçidlərinə bağlanıb
Dünya 11:29
Çanaqqala boğazı tranzit gəmi keçidlərinə bağlanıb
Böyük Britaniya Rusiyanı Ukraynada tam atəşkəsə çağırır
Dünya 11:11
Böyük Britaniya Rusiyanı Ukraynada tam atəşkəsə çağırır
Dubay şokoladına tələbat püstə qıtlığına səbəb olub
Dünya 09:33
Dubay şokoladına tələbat püstə qıtlığına səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol