• $ 1.7
  • € 1.9573
  • ₽ 0.021384
  • ₺ 0.0434
  • £ 2.3086

“Forbes” jurnalının jurnalistini altı il həbs cəzası gözləyir

“Forbes” jurnalının jurnalistini altı il həbs cəzası gözləyir
07.02.2025 21:37
 "Forbes” jurnalının jurnalisti Mingazov Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlara görə 6 il həbs oluna bilər. Bu barədə "Kommersant” qəzeti yazır.

İttiham tərəfi Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham olunan "Forbes” jurnalının jurnalisti Sergey Mingazovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib . 
Nəşrin məlumatına görə, müvafiq iş üzrə məhkəmə iclası Xabarovskda baş  tutub. Tərəflər məsələni müzakirə ediblər.

"Təqsirləndirilən şəxs günahını qismən etiraf edib. O, peşman olduğunu bildirib və azadlıqdan məhrumetmə cəzasından başqa cəza istəyib”, – məqalədə deyilir.

Mətndən belə çıxır ki, Mingazov fevralın 25-də keçiriləcək iclasda yekun bəyanatla çıxış etməlidir.

Jurnalist 2024-cü il aprelin 26-da saxlanılıb. Həmin şəxsə qarşı Rusiya qoşunları haqqında saxta məlumatlar dərc etməkdə ittiham edilərək cinayət işi açılıb. Mingəzovun vəkilinin izah etdiyi kimi, buna səbəb Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələrlə bağlı səs yazısının repostu olub.

Ertəsi gün Forbes əməkdaşı ev dustaqlığına buraxılıb . Müvafiq qərarı Xabarovskın Krasnoflotski Rayon Məhkəməsi çıxarıb.


Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu İran xalqına çağırış edib
Dünya 00:11
Netanyahu İran xalqına çağırış edib
Natanzdakı nüvə obyektinə zərər vurulub - Yenilənib
Dünya 23:41
Natanzdakı nüvə obyektinə zərər vurulub - Yenilənib
İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR
Dünya 23:05
İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR
İran ordusuna yeni baş komandan təyin edildi
Dünya 22:47
İran ordusuna yeni baş komandan təyin edildi
Xamenei xalqa müraciət edib
Dünya 22:26
Xamenei xalqa müraciət edib
Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb
Dünya 21:40
Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb
Sabah Vaşinqtonda keçiriləcək hərbi parad təxirə salına bilər
Dünya 20:51
Sabah Vaşinqtonda keçiriləcək hərbi parad təxirə salına bilər
ABŞ diplomatı İran XİN-ə çağırılıb
Dünya 19:25
ABŞ diplomatı İran XİN-ə çağırılıb
Makron və Netanyahu arasında telefon danışığı olub
Dünya 18:48
Makron və Netanyahu arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol