Ötən il Paşinyan və Putin arasında iki telefon danışığı, iki görüş baş tutub

Rusiya ilə Ermənistan liderləri arasında 2024-cü il iki görüş, iki telefon danışığı olub. Bu barədə Ermənistan mətbuatı ölkənin 2024-cü il siyasi hesabatına əsasən yazıb.
Qeyd olunur ki, Rusiya ilə ən yüksək səviyyədə dialoq 2024-cü il ərzində davam edib.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında iki görüş və iki telefon danışığı olub. "Ermənistan Respublikasının baş naziri ilə Rusiya Federasiyasının baş naziri arasında da bir görüş olub", - məlumatda deyilir.
Qeyd olunur ki, baş nazir Paşinyan Kazanda keçirilən BRİKS-ə üzv dövlətlərin başçılarının “OUTREACH”/“BRICS PLUS” geniş formatlı görüşündə iştirak edib.
"Ermənistan və Rusiya Aİİ və MDB çərçivəsində fəal əməkdaşlıq ediblər. 2024-cü ilin yekunlarına görə, Ermənistanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi təqribən 12,4 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 56,5% artıb ", - sənəddə deyilir.
Aytac
Son xəbərlər
Daha çox 