ABŞ uzun mənzilli hipersonik silahlar alacaq

2025-ci sonuna kimi ABŞ Silahlı Qüvvələri uzun mənzilli hipersəs silahları Silahlı Qüvvələrində xidmətə girəcək. Bu barədə adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən Amerikanın həftəlik “Defence News” nəşri yazıb.
Onun sözlərinə görə, söhbət Vaşinqton ştatındakı Lyuis-Makkord Birgə Bazasında yerləşən 17-ci Artilleriya Briqadası üçün yerüstü hipersəs raketlərindən gedir. Qeyd olunur ki, silahlar 2023-cü ilin payızına qədər yerləşdirilməli idi, lakin sınaq zamanı müəyyən edilən problemlərə görə bu baş verməyib.
2024-cü ilin dekabrında Pentaqon ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda bazasından nüvəsiz hipersəs raketinin uğurlu sınaq buraxılışını elan etdi.
Aytac
Son xəbərlər
Daha çox 