Tramp Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib, lakin Fransa prezidenti Emmanuel Makron məsələyə müdaxilə edib. Bu barədə BFMTV öz mənbələrinə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Zelenski ötən gün ABŞ administrasiyasından Vaşinqtona gəlməməyi tövsiyə edən mesaj alıb. Bundan sonra o, Trampdan Ukrayna prezidentini qəbul etməyi xahiş edən Fransa prezidentinə zəng edib.
"Tramp razılaşdı və çərşənbə günü Ukrayna liderini Ağ Evdə qəbul edəcəyini söylədi", - məqalədə deyilir.
Gülnar