İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib

İsrail və Qətərin nümayəndə heyətləri Qəzza zolağı ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirin paytaxtına gəliblər.Bu barədə Misir hökuməti məlumat yayıb.
Məlumata görə, Qahirədəki məsləhətləşmələrdə adı açıqlanmayan ABŞ nümayəndələri də iştirak edir.
Tərəflər həm İsrailin, həm də HƏMAS-ın əldə edilmiş razılaşmaya əməl etməsini təmin etmək üçün Qəzzada atəşkəs razılaşmasının növbəti mərhələlərini müzakirə edəcək.