• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

Ticarət müharibələri böyük bir qasırğa yaradacaq - Ərdoğan

Ticarət müharibələri böyük bir qasırğa yaradacaq - Ərdoğan
09.04.2025 15:56

Ticarət müharibələrinin qlobal miqyasda nəticələri olacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı deyib. 

"Tariflərdən qaynaqlanan ticarət müharibələrinin qlobal miqyasda nəticələri olacaq. Mübaliğəsiz demək olar ki, böyük və kiçik hər kəsə təsir edəcək böyük bir qasırğa gələcək", - prezident bildirib. 

Türkiyə lideri həmçinin bəyan edib ki, ölkəsi dünyada ən az itki ilə iqtisadi sarsıntılar yaşayır.

"İqtisadi problemləri həll edəcək və bizi şoklara qarşı dayanıqlı edəcək bir proqram həyata keçiririk. Dünyada böyük qeyri-müəyyənlik var, lakin Türkiyənin güclü iqtisadi proqramı var. Ticarət, istehsal və ixracatda mənfi vəziyyət gözləmirik. Biz aşağı tariflərə malik ölkə olduğumuz üçün bu dövrü daha asan keçəcəyik", - Ərdoğan bildirib.

Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb
Dünya 13:36
ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb
Ukraynada səfərbərlik müddəti uzadılıb
Dünya 12:25
Ukraynada səfərbərlik müddəti uzadılıb
Havaya görə bu sahədə işlər dayandırılmalıdır!- Rəsmi
Dünya 12:23
Havaya görə bu sahədə işlər dayandırılmalıdır!- Rəsmi
ABŞ Ukraynaya yardımı paketini azaldıb
Dünya 10:40
ABŞ Ukraynaya yardımı paketini azaldıb
Tramp İranla dialoqa açıq olduğunu bildirib
Dünya 23:58
Tramp İranla dialoqa açıq olduğunu bildirib
Kanada bəzi ABŞ mallarını altı ay müddətinə rüsumdan azad edəcək
Dünya 23:41
Kanada bəzi ABŞ mallarını altı ay müddətinə rüsumdan azad edəcək
ABŞ qoşunlarını Suriyadan çıxarır - KİV
Dünya 23:30
ABŞ qoşunlarını Suriyadan çıxarır - KİV
Fransa Əlcəzairin 12 diplomatını ölkədən çıxarır
Dünya 22:46
Fransa Əlcəzairin 12 diplomatını ölkədən çıxarır
Rusiya səfiri İsveç XİN-ə çağırılıb
Dünya 21:29
Rusiya səfiri İsveç XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol