Rusiya və ABŞ arasında məhbus mübadiləsi baş tutub

Rusiya və ABŞ arasında məhbus mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həyata keçirilib. Məlumatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff açıqlayıb.
Retkliffin sözlərinə görə, mübadilə ilə bağlı danışıqlar onunla Rusiya kəşfiyyatının yüksəkvəzifəli nümayəndəsi arasında aparılıb.
İlkin məlumata əsasən, Rusiya ötən il 12 il azadlıqdan məhrum edilən ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinanı təhvil verib. ABŞ isə qaçaqmalçılıqda ittiham edilən Rusiya və Almaniya vətəndaşı Artur Petrovu Rusiyaya qaytarıb.