Qızılın qiyməti bahalaşıb

Comex birjasında qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çataraq bir troy unsiyası üçün 3250 dolları keçib. Bu barədə ticarət platformalarında qeyd olunub.
Hazırda qızılın qiyməti 0,44% artaraq 1 troy unsiyası üçün 3251,9 dollar təşkil edib.
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 