Kaliforniyada 5,1 maqnitudalı zəlzələ baş verib

ABŞ-nin Kaliforniya ştatında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,5 min insanın yaşadığı Culian şəhərindən 4 km cənubda yerləşib. Təbii hadisənin ocağı 13,4 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 