Modi aprelin 22-də Səudiyyə Ərəbistanına səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi aprelin 22-dən 23-dək Səudiyyə Ərəbistanında rəsmi səfərdə olacaq.Bu barədə “The Times of India” xəbər verir.
Modi Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyada səfər edəcək.
Bu, Modinin 2016 və 2019-cu illərdəki səfərlərindən sonra Səudiyyə Ərəbistanına üçüncü rəsmi səfəri olacaq.
Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər Yeni Dehli ilə Ər-Riyad arasında əlaqələrin əhəmiyyətini vurğulayır və iki ölkənin çoxsahəli tərəfdaşlığını gücləndirmək, qarşılıqlı maraq doğuran əsas regional və qlobal məsələləri müzakirə etmək imkanı verəcək.
Modinin səfərində əsas diqqətin prioritet sektorlarda əməkdaşlığın inkişaf etdirilməsinə, strateji tərəfdaşlıqların konsolidasiyasına və son yüksək səviyyəli görüşlərin nəticələrinin möhkəmləndirilməsinə yetiriləcəyi gözlənilir.
Son xəbərlər
Daha çox 