• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Putin “Pasxa atəşkəsi” elan edib

Putin “Pasxa atəşkəsi” elan edib
19.04.2025 18:30

Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində “Pasxa atəşkəsi” elan edib.Bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi bütün hərbi əməliyyatları aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək dayandırır.

Vladimir Putin bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib və qeyd edib ki, Rusiya Federasiyası Ukraynanın da eyni addımı atacağını güman edir. Rusiya lideri əlavə edib ki, Rusiya Silahlı Qüvvələri atəşkəsi pozmağa, düşmənin mümkün hücumlarını və təxribatlarını dəf etməyə hazır olmalıdır.

Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji obyektlərinə 100 dəfədən artıq zərbə endirməmək barədə razılaşmaya əməl etməyib.

“Pasxa atəşkəsi ilə bağlı qərarımız Kiyev rejiminin nə qədər səmimi hazır olduğunu, onun razılaşmalara əməl etmək və sülh danışıqları prosesində iştirak etmək istəyini və bacarığını göstərəcək”, - deyə dövlət başçısı yekunlaşdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
25-ci mərtəbədən yıxılan qız sağ qalıb
Dünya 23:59
25-ci mərtəbədən yıxılan qız sağ qalıb
Putin atəşkəsi uzatmayacağanı deyir
Dünya 23:00
Putin atəşkəsi uzatmayacağanı deyir
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Dünya 21:53
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
В Кремле высказались о продлении пасхального перемирия
Dünya 20:19
В Кремле высказались о продлении пасхального перемирия
İran-ABŞ danışıqları vasitəçilərin iştirakı ilə keçiriləcək
Dünya 19:30
İran-ABŞ danışıqları vasitəçilərin iştirakı ilə keçiriləcək
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Dünya 19:00
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qazaxıstanda marafon iştirakçıları yarış zamanı ölüb
Dünya 18:25
Qazaxıstanda marafon iştirakçıları yarış zamanı ölüb
Kiyev üzrxahlıq tələb edir
Dünya 16:45
Kiyev üzrxahlıq tələb edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol