• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəsmisisinin oğlu Ukraynada ölüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəsmisisinin oğlu Ukraynada ölüb
25.04.2025 15:56

2024-cü ilin aprelinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rəsmisi Julian Gallina Gloss-un oğlu Maykl Gloss Ukraynadakı döyüşlərdə həlak olub. Bu barədə “Vajnie istorii” araşdırma saytı məlumat yayıb.

21 yaşlı amerikalı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Rusiya tərəfdə döyüşüb. Onun atası Lari Gloss ABŞ Hərbi Dəniz Qüvvələrinin İraq veteranıdır.

Maykl College of the Atlantic-də təhsil alıb, iqlim dəyişikliyi və abort qadağalarına qarşı etiraz aksiyalarında iştirak edib. 2023-cü ildə təhsilini yarımçıq qoyaraq dünyanı gəzməyə çıxıb. O, hippilərin “Rainbow Family” icmasının üzvü olub.

Maykl Türkiyənin Hatay bölgəsində zəlzələdən sonra bərpa işlərində iştirak edib, daha sonra Rusiyaya gedib. 2023-cü ilin avqustunda Vladiqafqazda olduğunu yazıb, Moskvada musiqi festivalına qatılıb, paytaxtda gecələməyə yer tapıb.

Sentyabrın 1-də vizasının bitmək üzrə olduğunu yazıb. 5 sentyabrda isə onun ad-soyadı Moskvanın səhiyyə sistemində qeydiyyata düşüb – ünvan kimi Rusiya Müdafiə Nazirliyinin çağırış məntəqəsi göstərilib. O, “Avanqard” təlim mərkəzində hərbi hazırlıq keçib və cəbhəyə göndərilib.

Mayklın ABŞ-da dəfn mərasimi 2024-cü il dekabrın 21-də baş tutub. Ailəsi nekroloqda onun Rusiya ordusunda xidmət etdiyini qeyd etməyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Litva XİN-ə çağırılıb
Dünya 23:49
Rusiya səfiri Litva XİN-ə çağırılıb
Tramp Romada Zelenski ilə görüşə bilər
Dünya 22:59
Tramp Romada Zelenski ilə görüşə bilər
Putinlə Uitkoff arasında görüş keçirilib
Dünya 22:12
Putinlə Uitkoff arasında görüş keçirilib
İstanbulda zəlzələ olub
Dünya 21:52
İstanbulda zəlzələ olub
Tramp və xanımı Roma Papasının dəfn mərasimində iştirak edəcək
Dünya 21:46
Tramp və xanımı Roma Papasının dəfn mərasimində iştirak edəcək
Ukrayna ilə bağlı iclas keçiriləcək
Dünya 21:09
Ukrayna ilə bağlı iclas keçiriləcək
Erməni sərhədçi minaya düşərək ölüb
Dünya 20:23
Erməni sərhədçi minaya düşərək ölüb
Kiyev Papa Fransiskin dəfn mərasimi zamanı sammit keçirməyi təklif edib
Dünya 17:20
Kiyev Papa Fransiskin dəfn mərasimi zamanı sammit keçirməyi təklif edib
Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edir
Dünya 17:03
Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol