• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Danimarka ABŞ məhsullarını boykot edir

Danimarka ABŞ məhsullarını boykot edir
29.04.2025 22:46

Danimarkalılar ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və onun gömrük tarifləri siyasətinə etiraz olaraq Coca-Cola və digər Amerika məhsullarını boykot edirlər.Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Danimarkada Coca-Cola içkisinin qablaşdırılmasına cavabdeh olan "Carlsberg" pivə şirkətinin baş direktoru Yakob Orup-Andersen jurnalistlərə verdiyi açıqlamada satışların bir qədər azaldığını bildirib. Onun sözlərinə görə, bu ölkədə Amerika brendlərinə qarşı istehlakçı boykotu müşahidə olunur və bu, "Carlsberg"in bu cür tendensiyanı əhəmiyyətli şəkildə gördüyü yeganə bazardır.

Yakob Orup-Andersen qeyd edib ki, texniki baxımdan Coca-Cola və Pepsi Danimarka məhsulları sayılır, çünki ölkə üçün istehsal yerli olaraq həyata keçirilir. Lakin buna baxmayaraq, o, içkinin boykotuna dair ictimai qərara hörmətlə yanaşdığını bildirib.

"Financial Times" həmçinin qeyd edir ki, Coca-Cola-nın boykotu fonunda Danimarkada yerli analoq olan Jolly Cola-nın satışları ötən illə müqayisədə 13 dəfə artıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
Dünya 23:52
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib
Dünya 23:46
ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib
Danimarka ABŞ məhsullarını boykot edir
Dünya 22:46
Danimarka ABŞ məhsullarını boykot edir
İranda daha bir partlayış: Ölən və yaralananlar var
Dünya 22:04
İranda daha bir partlayış: Ölən və yaralananlar var
İspaniyada elektrik probleminə görə ölənlər var
Dünya 21:28
İspaniyada elektrik probleminə görə ölənlər var
Netanyahunun korteji qəzaya düşüb
Dünya 20:11
Netanyahunun korteji qəzaya düşüb
Çində restoranda yanğın olub, ölən və yaralananlar var
Dünya 19:38
Çində restoranda yanğın olub, ölən və yaralananlar var
Urmiyada məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 11 yaralı var
Dünya 19:00
Urmiyada məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 11 yaralı var
Limandakı partlayışın səbəbi diversiya ola bilər - İran hakimiyyəti
Dünya 17:17
Limandakı partlayışın səbəbi diversiya ola bilər - İran hakimiyyəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol