Türkiyədə 169 FETÖ üzvüsaxlanılıb

Türkiyənin 42 vilayətində FETÖ-yə qarşı əməliyyatda 169 şübhəli tutulub.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" da yazıb.
O, 42 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 169 şübhəlinin tutulduğunu açıqlayıb.
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.
Yerlikaya qeyd edib ki, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə davam edəcək.