ABŞ sazişdən imtina olunacağı təqdirdə İranı neft ixracından məhrum edəcək

ABŞ administrasiyası İrana maksimum təzyiq göstərməyə və iki tərəfin Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə İslam Respublikasını neft ixrac etmək imkanından məhrum etməyə hazırdır.Bunu ABŞ Prezidenti Donald Tramp ər-Riyadda Səudiyyə-Amerika investisiya forumunda çıxış zamanı deyib.
“İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır – əvvəllər etdiyim kimi, İrana qarşı kəskin təzyiqlər tətbiq edib neft ixracını sıfıra endirmək”, – deyə Tramp vurğulayıb.
Son xəbərlər
Daha çox 