• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - Yenilənib

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - Yenilənib
14.05.2025 21:29

ABŞ və Qətər 1,2 trilyon dollarlıq müqavilə imzalayıb.Bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.

“Bu gün Qətərdə ABŞ Prezidenti Donald Tramp Qətərlə azı 1,2 trilyon dollar dəyərində iqtisadi dövriyyəyə dair saziş imzalayıb. Prezident Tramp həmçinin ABŞ və Qətər arasında 243,5 milyard dollardan çox dəyərində iqtisadi sövdələşmələr, o cümlədən “Boeing” təyyarələri və “GE Aerospace” mühərriklərinin “Qatar Airways”ə satışına dair tarixi razılaşmanın imzalandığını açıqlayıb”, - məlumatda deyilir.

“Qatar Airways” 96 milyard dollara 210 müasir “Boeing 787 Dreamliner” və “777X” təyyarəsi alacaq. Eyni zamanda, müqavilə imzalandıqdan sonra Tramp bildirib ki, sövdələşmə 200 milyard dollara 160-dan çox təyyarənin alınmasına aiddir.

Bundan əlavə, Qətər Amerikanın “General Atomics” şirkətindən 2 milyard dollara səkkiz “MQ-9B” uzunmüddətli PUA , həmçinin Amerikanın “Raytheon” korporasiyasından 1 milyard dollara dronlara qarşı mübarizə avadanlığı alacaq.

ABŞ və Qətər ikitərəfli hərbi əlaqələri və 38 milyard dollardan çox potensial investisiyaları daha da gücləndirmək barədə razılığa gəliblər.Bu vəsaitin bir hissəsi Qətərdə yerləşən Amerikanın Yaxın Şərqdəki ən böyük hava bazası Əl Udeydə yönəldiləcək.

***

ABŞ lideri Donald Tramp və Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Tani Dohada ikitərəfli əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.Bu barədə “Reuters” məlumat yayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin İstanbula gedəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib
Dünya 00:03
Putin İstanbula gedəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Dünya 23:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
Dünya 23:22
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
ABŞ “G20” sammitində iştirakdan imtina edib
Dünya 22:41
ABŞ “G20” sammitində iştirakdan imtina edib
Fransada 13 nəfəri ildırım vurub
Dünya 22:24
Fransada 13 nəfəri ildırım vurub
ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - Yenilənib
Dünya 21:29
ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - Yenilənib
Lavrov İstanbul görüşündə iştirak etməyəcək
Dünya 20:00
Lavrov İstanbul görüşündə iştirak etməyəcək
Rubio və Uitkoff İstanbula gedəcək
Dünya 19:48
Rubio və Uitkoff İstanbula gedəcək
İranda qum fırtınası səbəbindən məktəblər bağlanıb
Dünya 19:07
İranda qum fırtınası səbəbindən məktəblər bağlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol