ABŞ “G20” sammitində iştirakdan imtina edib

ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək “G20” sammitinə hazırlığı dayandırıb.Bu barədə “The Washington Post” ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ agentliklərinə və departamentlərinə bu il Cənubi Afrikanın ev sahibliyi etməsi planlaşdırılan “G20” konfransı ilə bağlı işləri dayandırmaq əmri verib", - məlumatda deyilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 