Zelenski münaqişənin həlli üçün Türkiyəyə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin diplomatik yolla həlli məqsədilə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib, Reuters xəbər verir.
Səfərin təşkili ilə bağlı danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa arasında aparılıb.
Qeyd edək ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqların bərpasını təklif etmişdi. O, mümkün dialoqun əsasının münaqişənin səbəblərinin aradan qaldırılması və uzunmüddətli sülhün təmin olunmasının təşkil etdiyini bildirmişdi.