İran bir şərtlə nüvə sazişi bağlamağa hazır olduğunu deyir

İran iqtisadi sanksiyaların tamamilə ləğvi müqabilində ABŞ- la nüvə sazişi bağlamağa hazırdır. Bu barədə İranın ali dini liderinin siyasi müşaviri Əli Şəmxaniyə istinadən NBC News məlumat yayıb.
Şamxaninin sözlərinə görə, Tehran nüvə silahının yaradılmasından həmişəlik imtina etməyi, yüksək zənginləşdirilmiş uranın bütün ehtiyatlarından qurtulmağı, uranın zənginləşdirilməsini yalnız mülki səviyyədə məhdudlaşdırmağı və beynəlxalq müfəttişlərin yoxlama aparmasına icazə verməyi öhdəsinə götürür.
O vurğulayıb ki, bu addımlar yalnız bütün sanksiyaların dərhal ləğvi şərti ilə mümkündür.
Şamxani əlavə edib ki, ABŞ şərtləri qəbul edərsə, saziş dərhal imzalana bilər.
Mayın 14-də ABŞ prezidenti Donald Tramp bildirib ki , İran nüvə silahı yaratmaq planlarından imtina edərsə, onunla saziş bağlamağa hazırdır.
Gülnar