Tramp mayın 16-da İstanbula gəlməyə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda mümkün iştirak üçün mayın 16-da İstanbula gəlməyə hazır olduğunu bildirib. Bu barədə TASS məlumat yayıb.
O, Rusiya və Ukrayna ilə danışıqların yaxşı keçəcəyinə əmin olduğunu bildirib.
"Getməyi düşünürəm, lakin bu gün və sabah məşğul iş qrafikimizə görə çox çətindir. Amma nəsə olarsa, lazım gəlsə, cümə günü gedərdim", - Tramp paylaşıb.
Bir müddət əvvəl ABŞ dövlət katibi Mark Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bildirib ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin həlli məsələsində irəliləyiş görmək istəyir və ona son qoymaq üçün nə lazımdırsa, kömək etməyə hazırdır.
Diplomat xatırladıb ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Ukraynadakı münaqişənin bitməsini istədiyini vurğulayıb.
Gülnar